71 il sonra gələn qələbə
İtaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Ermənistan yığmasını darmadağın edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 9:1 hesabıyla bitən görüş italyanlar üçün əlamətdar olub. Belə ki, İtaliya millisi 71 il sonra ilk dəfə bir rəsmi oyunda 9 qol vurmağı bacarıb. Yığma sonuncu dəfə 1948-ci ildə, olimpiya oyunlarında ABŞ-ı 9:0 məğlub etmişdi.
İtaliya yığması 1920-ci ildə Finlandiyanı 9:0, 1928-ci ildə isə Misiri 11:3 hesabıyla məğlub etməyi bacarıb.
Millinin çalışdırıcısı Roberto Mançini isə İtaliya millisi ilə ardıcıl 11 oyunda qələbə qazanan ilk baş məşqçi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin