İtaliya mətbuatı Musa Qurbanlını Kvaratsxeliyaya bənzətdi

“Qarabağ”ın hücumçusu Musa Qurbanlının oyunu İtaliya mətbuatının diqqətini çəkib.

Komanda.az xəbər verir ki, “tuttomercatoweb” saytı 20 yaşlı futbolçu ilə bağlı yazı yayımlayıb. Yazıda onun 20 qolla Azərbaycan Premyer Liqasının bombardiri olduğu və adını ölkənin futbol tarixinə yazdıracağı qeyd olunub. Onun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olmasına diqqət çəkilib.

Sayt Musanı Azərbaycanın Xviça Kvaratsxeliyası (“Napoli”də forma geyinən gürcü futbolçu) hesab edib və bir çox klubun artıq onunla yaxından maraqlandığını yazıb. Musanı istəyənlər arasında “Beşiktaş” və İtaliya təmsilçilərinin olduğu vurğulanıb.

Bundan başqa, Canni De Byazinin rəhbərliyi altında milli komandanın son 10 oyunun 5-də qələbə qazanması qeyd olunub. Bununla belə, sayt hesab edir ki, Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyətlərdən sonra italiyalı mütəxəssislə yolların ayrılması mümkündür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button