İtaliya kubokunun qalibi müəyyənləşdi

Futbol üzrə İtaliya kubokunda 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Yuventus”la “Atalanta” komandaları üz-üzə gəlib.

Final matçında qapılara üç qol vurulub. Hesabı 31-ci dəqiqədə “Yuventus” açıb. Deyan Kuluşevskinin qoluna 41-ci dəqiqədə “Atalanta”nın futbolçusu Ruslan Malinovski cavab verib. Amma 73-cü dəqiqədə Federiko Kyeza daha bir qol vurmaqla Turin təmsilçisinə 2:1 hesablı qələbə qazandırıb

Beləliklə, “Yuventus” tarixində 14-cü dəfə İtaliya kubokunun qalibi olub. Turinlilər bu rekordçudurlar. İkinci yerdə 9 dəfə kuboku qazanmış “Roma” qərarlaşıb. 4-cü dəfə finalda uduzan “Atalanta” isə cəmi bir dəfə həlledici oyundan qalib ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button