İtaliya kubokunda hər iki finalçı bəlli oldu
Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Milan” doğma meydanda “Latsio” ilə üz-üzə gəlib. Bu komandalar arasında Romada baş tutan ilk oyunda qapılara qol vurulmamışdı. Cavab matçında isə paytaxt təmsilçisi minimal hesabla qələbə qazanmaqla ilk finalçı olub.
Digər finalçının adına “Atalanta” – “Fiorentina” matçında aydınlıq gəlib. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi – 3:3. Cavab görüşündə isə meydan sahibləri əzmkar qələbə qazanmaqla həlledici oyuna vəsiqəni təmin ediblər.
İtaliya kuboku, yarımfinalın cavab oyunları
24 aprel
Milan – Latsio 0:1 (ilk oyun 0:0)
Qol: Korrea, 58.
25 aprel
Atalanta – Fiorentina 2:1 (3:3)
Qol: İliçiç, 14-pen. P.Qomes, 69 – Muriel, 3.
Bizi Facebook-da izləyin