İtaliya kuboku gələn həftə bərpa olunur – Təqvim açıqlandı
Koronavirus pandemiyasına görə dayandırılmış futbol üzrə İtaliya kubokunun qalan oyunlarının təqvimi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora məlumat verib.
O, “Milan” və “Yuventus” arasında baş tutacaq yarımfinal görüşünün iyunun 12-də keçiriləcəyini söyləyib. Bir gün sonra isə “Napoli” ilə “İnter” qarşılaşacaq. İyunun 17-də isə final qarşılaşması baş tutacaq.
Qeyd edək ki, İtaliya A Seriyasının da iyunun 20-dən etibarən bərpası nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin