
Finalda uduzub, azarkeşlərlə görüşdülər
“Fiorentina” İtaliya kubokunun finalında “İnter”ə uduzub (1:2).
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, bu qarşılaşmadan sonra Florensiya təmsilçisinin bəzi futbolçuları – Antonin Barak, Rolando Mandraqora, Artur Kabral azarkeşlərlə görüşüblər. Simalarında məyusluq duyulsa da, onlar fanatlarla söhbət ediblər.
“Fiorentina” 11 dəfə ölkə kubokunun finalına çıxıb və 6-da qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin