İtaliya klubunun hücumçusu “Benfika”da – Rəsmi
“Benfika” “Komo”dan italiyalı hücumçu Andrea Belottini icarəyə götürdüyünü açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasındakı müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Belotti Lissabon klubunda 19 nömrəli forma altında çıxış edəcək. O, 2024-cü ilin yayından “Komo”da çıxış edir.
31 yaşlı futbolçu bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 19 oyun keçirib, 2 qol vurub. Onun “Komo” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir. O, karyerası ərzində “Palermo”, “Torino”, “Roma” və “Fiorentina”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin