İtaliya klubunun futbolçusu “Neftçi”ni istəmədi

“Salernitana” klubunun futbolçusu Simeon Toçukvu Nvankvu “Neftçi”nin təklifini qəbul etməyib.

Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Türkiyədə davam etdirmək üçün bu addımı atıb.

31 yaşlı forvard “ağ-qaralar”la yanaşı, Yunanıstanın PAOK klubuna keçmək variantı ilə də razılaşmayıb. Türkiyənin “Ankaragücü” və “Konyaspor” klublarından təklif alan Simeon Super Liqa təmsilçilərindən biri ilə anlaşmağı planlaşdırır.

Simeon Toçukvu Nvankvu karyerası ərzində 385 oyunda 118 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button