
İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı
İtaliyanın “Venesiya” klubunun bir futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə B Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
Komandanın üzvləri, məşqçiləri və digər işçilər iyunun 12-də koronavirus testindən keçib. Testlərin nəticəsində futbolçuların birinin nəticəsi müsbət olub. Xəstəliyə yoluxan futbolçunun adı açıqlanmayıb. Həmin futbolçu karantinə alınıb.
B Seriyasının iyunun 17-də bərpa olunacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin