İtaliya klubunun baş məşqçisi koronavirusa yoluxdu

İtaliyanın “Verona” komandasının baş məşçqisi İqor Tudorda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssisin sonuncu COVİD-19 testi pozitiv çıxıb. Baxmayaraq ki, ona koronavirus əleyhinə vaksin də vurulub. Tudorun ev şəraitində karantinə alındığı diqqətə çatdırılıb.

“Verona” bu mövsüm İtaliya A Seriyasına Eusebio Di Françesko ilə başlamış və ardıcıl 3 oyunda məğlubiyyətlə üzləşmişdi. Bu üzdən də klub rəhbərliyi onu istefaya göndərmiş, əvəzində İqor Tudoru baş məşqçi təyin etmişdi. “Verona” xorvat məşqçinin rəhbərliyi altında çıxdığı 9 çempionat matçında 4 qələbə qazanıb, 4 heç-heçə edib, cəmi 1 oyunda uduzub və 16 xalla 10-cu pillədə qərarlaşıb. Bu komandanın qalib gəldiyi rəqiblər arasında “Latsio”, “Yuventus” və “Roma” kimi iddalılar da var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button