“Bolonya” Mottanı razı salmağa çalışacaq
“Bolonya”nın baş məşqçisi Tiaqo Motta hazırkı komandasında qala bilər.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, klub rəhbərliyi italiyalı mütəxəssisi “Bolonya”nın Çempionlar Liqasında iştirak edəcəyi növbəti mövsümdə də işini davam etdirməyə razı salmağa çalışacaq.
Mottanın gələcəyinə bu gün və ya sabah qərar veriləcəyi bildirilir.
Mütəxəssisin xidmətində “Yuventus” və “Barselona” kimi klublar maraqlıdır.
Mottanın rəhbərlik etdiyi “Bolonya” hazırda A Seriyasının turnir cədvəlində 3-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin