“Mənim anam bu axmaqların danışmaq haqqı əldə edə bilməsi üçün…”
İtaliya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Fiorentina”ya 1:2 hesabıyla məğlub olan “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini oyundan sonra azarkeşlərin ünvanına xoşagəlməz ifadələr işlədib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, oyunla bağlı danışan 61 yaşlı mütəxəssis, azarkeşlərin onu təhqir etdiyini bildirib:
“Əsas məqsədimiz A Seriyasında yaxşı mövsüm keçirməkdir. Çempionlar Liqasında uğur əldə etmək də “keks”in üstündəki krem olacaq.
Bu gün azarkeşlər bir neçə dəfə məni təhqir etdilər. Mənim anam bu axmaqların danışmaq haqqı əldə edə bilməsi üçün müharibə meydanlarında olub, mübarizə aparıb. Əslində f…ə uşağı bu azarkeşlərdir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin