İtaliya klubundan yeni transfer

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi geridə qalan mövsümün nəticələrinə görə B Seriyasına yuvarlanan “Kyevo”nun müdafiəçisi Fabrisio Kaççyatoreni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı italiyalı futbolçu ilə 1 mövsümlük müqavilə imzalanıb.

Kaççyatore geridə qalan mövsümdə də “Kalyari”də çıxış edib. Amma həmin vaxt icarə əsasında oynayan futbolçunun çıxışından razı qalan klub rəhbərliyi, müdafiəçinin transfer hüququnu almağa qərar verib.

“Sampdoriya”nın yetirməsi olan Kaççyatore, “Kyevo”da 2015-ci ildən forma geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button