
İtaliya klubundan baş məşqçisi ilə yeni müqavilə
“Cenoa” baş məşqçisi Patrik Vieyra ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı yeni razılaşma 2027-ci ilin yayına qədərdir.
Əvvəlki müqavilə 2026-cı ilin yayına qədər idi.
Vieyra “Cenoa”ya ötən ilin noyabr ayında təyin olunub. Onun komandası başa çatan mövsümü 43 xalla 13-cü yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



