
2 milyon avroya aldılar, 9 milyona satdılar
“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İtaliya klubu A Seriyasının digər təmsilçisi “Udineze”dən müdafiəçi Brandon Soppini transfer edib. Bu barədə “Atalanta”nın rəsmi saytı məlumat yayıb.
Fransadan olan 20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Berqamo təmsilçisi bu transferə görə “Udineze”yə 9 milyon avro ödəyib.
Soppi Fransanın “Renn” klubunun yetirməsidir. “Udineze” onu sözügedən klubdan 2021-ci ilin avqustunda cəmi 2 milyon avroya transfer etmişdi.A
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin