İtaliya klubunda yeni hücumçu və qapıçı
İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sassuolo”nun hücumçusu Canluka Skamakkanı transfer edib.
Bu barədə Genuya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı italyan hücumçu mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, “Roma” və PSV-nin yetirməsi olan Skamakka, “Sassuolo”ya 2017-ci ildə transfer olunub. Lakin bu klubda möhkəmlənə bilməyən İtaliyanın gənclərdən ibarət yığmasının üzvü, “Kremonese”, “Zvolle” və “Askoli” kimi komandalarda icarədə oynamaq məcburiyyətində qalıb.
“Cenoa” Skamakka ilə yanaşı, italyan qapıçı Alberto Palearini də heyətinə qatıb. 28 yaşlı qolkiper “Çittadella”dan mövsümün sonuna qədər icarəyə götürülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin