
İtaliya klubunda yeni baş məşqçi
İtaliyanın “Empoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, komandanı Roberto D`Aversa çalışdıracaq.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Roberto bu vəzifədə Davide Nikolunu əvəzləyib. İtaliyalı məşqçi “Parma”, “Sampdoriya”, “Leççe” kimi klubları çalışdırıb.
“Empoli” A seriyasında son mövsümü 17-ci pillədə tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin