
İtaliya klubunda yeni baş məşqçi
Baş məşqçi Tyaqo Mottanın gedişindən sonra İtaliyanın “Bolonya” klubunun yeni çalışdırıcısı bəlli olub.
Komanda.az A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Fiorentina”dan ayrılan Vinçentso İtalyano qarşıdakı 2 mövsümdə “Bolonya”ya rəhbərlik edəcək.
Xatırladaq ki, “qırmızı-göylər” İtaliya A Seriyasında cari mövsümü 68 xalla 5-ci sırada başa vurub və UEFA Çempionlar Liqasında mübarizə aparacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin