İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Breşiya” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Fabio Qrossoya tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 41 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Qrosso “Breşiya”da bir neçə gün öncə istefaya göndərilmiş Eugenio Korinini əvəz edib. Sözügedən mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub. Məsələ burasındadı ki, “Breşiya” 11 turdan sonra A Seriyasında 19-cu pillədə qərarlaşıb.

Fabio Qrosso daha öncə “Bari” və “Verona” klublarını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button