
İtaliya klubunda yeni baş məşqçi
İtaliyanın “Verona” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Eusebio Di Françeskoya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Françesko ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Eusebio son olaraq “Kalyari”də baş məşqçilik edib. O, “Verona”da İvan Yuriçi əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin