
İtaliya klubunda yeni baş məşqçi
“Spetsiya”nın yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Leonardo Sempliçiyə tapşırılıb.
O, bir neçə gün öncə istefaya göndərilmiş Luka Qottini əvəzləyib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasındakı müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Sözügedən komanda hazırda A Seriyasında 20 iştirakçı arasında 19 xalla 17-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin