İtaliya klubunda yeni baş məşqçi
İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Aurelio Andreatsoli ilə anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 65 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
“Cenoa”nı geridə qalan mövsümdə Çezare Prandelli çalışdırırdı. Bu komanda son mövsümdə 20 kollektiv arasında 17-ci olub.
Andreatsoli ilə “Empoli”ni çalışdırırdı və onun komandası 18-ci yeri tutaraq elita ilə vidalaşmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin