14 nəfərə çatdı – İtaliya klubunda koronavirusa yoluxanların sayı

İtaliyanın “Cenoa” klubunda koronavirusa yoluxanların sayı 14-ə çatıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Dünən keçirilən testlərdən sonra komanda üzvləri və klub işçilərindən ümumilikdə 14 nəfərin nəticəsinin pozitiv olduğu bildirilir. İtaliya mətbuatı yoluxanlardan 11 nəfərin futbolçu, 3 nəfərin isə klub işçisi olduğu barədə məlumat yayıb.

Daha əvvəl “Cenoa” iki futbolçusunun – Mattia Perinin və Lasse Şönenin koronavirusa yoluxduğunu açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button