İtaliya klubunda itki: Mövsümü erkən başa vurdu
İtaliyanın “Kyevo” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçisinin müdafiəçisi Ezekiel Skelotto uzun müddətə sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, əməliyyat olunan Argentina əsilli italiyalı futbolçu bu mövsüm meydana çıxa bilməyəcək. Onun dəqiq nə vaxt yaşıl meydanlara qayıdacağı isə hələ bilinmir.
Qeyd edək ki, 29 yaşlı futbolçu İngiltərənin “Brayton” klubuna məxsusdu və “Kyevo”da icarə əsasında çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin