
İtaliya klubu baş məşqçini qovdu – 5 oyundan sonra
“Benevento”da baş məşqçi dəyişikliyi olub. Mişel Pazienza komandanın “sükanı arxasında” keçirdiyi cəmi beş matçdan sonra qovulub.
İtaliya klubu Pazienzanın rəhbərliyi altında bir dəfə qalib gəlib, bir heç-heçə edib və üç matçda məğlub olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticələr klub rəhbərliyi tərəfindən qeyri-qənaətbəxş hesab edilib və bundan sonra daha əvvəl “Benevento” ilə çalışmış Qaytano Auteri dəvət olunub.
“Benevento” bir müddət əvvəl tarixində ilk dəfə A Seriyasında çıxış etsə də, daha sonra İtaliya futbolunun üçüncü ən güclü divizionu olan C Seriyasına düşüb. Komanda burada da uğursuz çıxış edərək, hazırda turnir cədvəlinin 4-cü pilləsini tutmaqla yanaşı, liderdən 14 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin