İtaliya klubunda iki müqavilə, bir ayrılıq

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Olimpik” (Marsel) klubunun yarımmüdafiəçisi Kevin Strotmanı icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.

Niderlandlı futbolçu ötən mövsümü də A Seriyasının digər təmsilçisi “Cenoa”da icarədə keçirmişdi. O, 2018-ci ildə Marsel klubuna transfer olunub və bu komandanın heyətində çıxdığı 77 oyunda 3 qolla yadda qalıb.

Kevin Strotman İtaliyada daha öncə “Roma”nın da uğurları üçün çalışıb. Yarımmüdafiəçi “canavarlar”ın forması ilə meydana çıxdığı 137 matçda 13 qol vurub. O, İtaliya karyerasından əvvəl ölkəsində PSV, “Utrext” və “Sparta”da (Rotterdam) çıxış edib.

“Kalyari” öz oyunçularından müdafiəçi Luka Çeppitelli ilə də yeni müqavilə bağlayıb. Klubun rəsmi saytı 31 yaşlı oyunçunun qarşıdakı mövsümün sonuna qədər bu komandada oynayacağıın bəyan edib. İtaliyalı futbolçu 2014-cü ildən “Kalyari”nin uğurları üçün çalışır. O, daha öncə “Bari”, “Parma” və “Peruca” kimi klubların da formasını geyinib.

“Kalyari” gənc yarımmüdafiəçisi Matteo Tramonini də “Breşiya”ya icarəyə verib. B Seriyası təmsilçisi 21 yaşlı fransızı satınalmaq şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. “Ayaçço”nun yetirməsi olan futbolçu, 2020-ci ilin yayından “Cenoa”dadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button