İtaliya klubunda 2 ayrılıq, 1 yeni futbolçu
İtaliyanın “Leççe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Çittadella”dan müdafiəçi Tommazo Kassandronu transfer edib.
“Leççe” bu transfer üçün B Seriyası klubuna 400 min avro ödəyib. İtaliyadan olan 23 yaşlı müdafiəçi yeni klubu ilə 2.5+2 illik müqaviləyə imza atıb.
Kassandro “Bolonya”nın yetirməsidir. O, “Çittadella”dan öncə “Novara”da da oynayıb.
“Leççe” öz yarımmüdafiəçisi Con Byorkenqren ilə hücumçu Pablo Rodriqesi də icarəyə göndərib. Hər iki futbolçu bu mövsümün sonuna kimi “Breşiya”da icarədə olacaq.
İspaniyadan olan Rodriqes Madrid “Real”ının yetirməsidir. 21 yaşlı forvard 2020-ci ildə transfer olunduğu “Leççe”də 51 oyuna çıxıb, 8 qol vurub. Byorkenqren isə peşəkar karyerasına İsveçin “Falkenberq” klubunda başlayıb. İsveçdən olan 24 yaşlı yarımmüdafiəçi 2020-ci ilin oktyabrından formasını geyindiyi “Leççe”də 52 oyun keçirib, 2 qol vurub.
Bizi Facebook-da izləyin