
İtaliya klubunda daha bir futbolçu koronavirusa yoluxdu
İtaliyanın “Spetsiya” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə yarımmüdafiəçi Nauel Estevesdən götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. O, dərhal karantinə alınıb.
“Spetsiya”da bu yaxınlarda daha iki futbolçunun koronavirus aşkarlandığı açıqlanmışdı. Onlardan birinin qapıçı İvan Provedel olduğu məlumdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin