İtaliya klubunda baş məşqçi ayrılığı

“Leççe” baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

57 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.

“Leççe” mövsümü 34 xalla 17-ci pillədə tamamlayıb. Komanda Campaolonun rəhbərliyi altında 26 oyunda 6 qələbə və 13 məğlubiyyətlə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button