İtaliya klubunda baş məqçi istefası
İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Komanda.az xəbər verir ki, “Udineze” Andrea Sottillə yolları ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, uğursuz nəticələrə görə istefaya göndərilib.
Andrea Sottil 2022-ci ilin iyun ayından “Udineze”yə rəhbərlik edirdi. Komanda cari mövsümdə ölkə çempionatında keçirdiyi 9 oyunda 6 heç-heçə edib, 3 dəfə isə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin