
İtaliya klubunda 6 futbolçu koronavirusa yoluxdu
İtaliyanın “Empoli” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə komandanın 6 futbolçusunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirus aşkarlanmış futbolçuların adları açıqlanmır. Onların komandanın digər üzvlərindən təcrid olunduğu bildirilir.
Qeyd edək ki, “Empoli” yeni mövsümdən A Seriyasında mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin