
İtaliya klubunda 4 futbolçu koronavirusa yoluxub
İtaliyanın “Venetsiya” komandasının dörd futbolçusuna koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Adları açıqlanmayan futbolçular karantinə alınıblar. Onların A Seriyasının 22-ci turu çərçivəsində baş tutacaq “Empoli” ilə səfər oyununu buraxacağı diqqətə çatdırılıb.
Sabah keçiriləcək “Venetsiya” – “Empoli” oyununa saat 18:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin