
“Roma” “Mançester Yunayted”in hücumçusu üçün danışıqlara başlayıb
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze qış transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu oyun vaxtından narazıdır və cari mövsümdə yalnız 90 dəqiqə meydanda olub.
Zirkze agentinə icarəyə verilə biləcəyi klub tapmağı tapşırıb. İtaliyadan artıq maraq olduğu bildirilir və “Roma” rəhbərliyi onunla bağlı “Mançester Yunayted”lə danışıqlara başlayıb.
24 yaşlı forvard 2024-cü ilin yayında “qırmızı şeytanlar”a keçib. O, komanda ilə ümumilikdə 54 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



