İtaliya klubu Xorvatiya millisinin üzvünü heyətinə qatdı

İtaliyanın “Fiorentina” kollektivi Xorvatiya millisinin müdafiəçisi Marin Ponqraçiçi transfer edib.

Komanda.az A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanıb.

Son mövsümü İtaliya təmsilçisi “Leççe”də keçirən M.Ponqraçiçin keçid məbləği 15 milyon avro təşkil edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button