İtaliya klubu Vardi ilə danışıqlara başlayıb

Yayda “Lester”dən ayrılan ingilis hücumçu Ceymi Vardi karyerasını A Seriyasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı forvardla maraqlanan klub “Kremoneze”dir.

Tərəflər artıq mümkün transferlə bağlı danışıqlara başlayıblar.

Vardi 2012–2025-ci illərdə “Lester”in formasını geyinib. O, ötən mövsümdə Premyer Liqada 35 oyunda meydana çıxaraq, 9 qol vurub və 4 məhsuldar ötürmə verib. Futbolçu hazırda azad agent statusundadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button