“Tottenhem”dən narazı olan futbolçu “Milan”a keçə bilər
“Milan” klubu baş məşqçi Ange Postekoqlunun planlarında olmayan “Tottenhem”in yarımmüdafiəçisi Pyer Emil Hoyberqə göz dikib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu Danimarka millisinin yarımmüdafiəçisinin xidmətində maraqlıdır.
“Tottenhem”də oyun praktikasının azlığından narazı olan Hoyberq yanvarda komandadan ayrılmaq istəyirdi. Onunla maraqlanan klublar arasında “Yuventus” və “Atletiko” da var idi.
28 yaşlı futbolçunun London klubu ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin