İtaliya klubu tam tərkibdə karantinə alındı, oyunları baş tutmayacaq
İtaliyanın “Udineze” komandası tam tərkibdə karantinə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buna komandada koronavirusa kütləvi yoluxma səbəb olub. Son məlumata görə, A Seriyası təmsilçisində azı 9 futbolçunun COVİD-19 testi pozitiv çıxıb.
Bu üzdən də klub rəhbərliyi yerli səhiyyə orqanının qərarı ilə bütün kollektivi yanvarın 5-dən 9-dək təcrid etmək məcburiyyətində qalıb. Belə olan halda “Udineze”nin “Fiorentina” və “Atalanta” ilə çempionat oyunları baş tutmayacaq. Klub görüşlərin təxirə salınması ilə bağlı A Seriyasının rəhbərliyinə müraciət ünvanlayıb. Lakin turnirin təşkilatçıları bunun mümkün olmadığı bildirilib. Böyük ehtimalla komandaya texniki məğlubiyyət veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin