İtaliya klubu Reşfordun nümayəndələri ilə əlaqə saxlayıb

“İnter” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi artıq ingiltərəli futbolçunun nümayəndələri ilə ilkin əlaqə saxlayıb və mümkün transferi müzakirə edir.

Potensial keçidi çətinləşdirən əsas faktor Reşfordun yüksək maaşıdır. Onun maliyyə tələbləri “İnter”in transfer planlarına təsir edə bilər.

27 yaşlı forvard 2024/25 mövsümündə icarə əsasında “Aston Villa”da çıxış edib. Birmingem təmsilçisinin heyətində 17 oyuna çıxan futbolçu 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button