İtaliya klubu Nestanı istefaya göndərdi

İtaliyanın “Frozinone” klubu baş məşqçisi Alessandro Nesta ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub. Nesta ilə yanaşı, köməkçiləri də istefaya göndərilib.

Qeyd edək ki, Alessandro Nesta 2019-cu ilin iyunundan “Frozinone”ni çalışdırırdı. Sözügedən komanda bu mövsüm onun rəhbərliyi altında keçirdiyi 30 oyunda 38 xal toplayıb və 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button