“Atalanta” “Mançester Siti”nin futbolçusunu izləyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Ceyms Makkati yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in 22 yaşlı yetirməsini 23-29 milyon avro qarşılığında buraxmağa hazır olduğu bildirilir.

Makkatiyə Almaniya Bundesliqası, İngiltərə Premyer Liqası və İtaliya A Seriyasından maraq göstərilir. Ən ciddi şəkildə maraq göstərən klublardan biri isə “Atalanta”dır. Berqamo təmsilçisi onun durumunu yaxından izləyir.

Makkati 2024/25 mövsümündə bütün turnirlərdə 27 oyuna çıxaraq, 7 qol vurub. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button