Lukaku İtaliya klubu ilə 3 illik müqaviləyə razılaşıb
“Yuventus” “Çelsi”dən Romelu Lukakunun transferi üzərində işləməyə davam edir. Danışıqlar zamanı heç bir problem yoxdur.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, belçikalı futbolçu ilə artıq mövsümlük 9 milyon avro maaşla, üç illik müqavilə razılaşdırılıb.
“Yuventus” Lukakunun keçidi alınarsa, hücumçu Duşan Vlahoviçi satmağı da planlaşdırır.
Bundan başqa, Səudiyyə Ərəbistanından olan klubların nümayəndələri də Lukakunun ətrafı ilə mütəmadi əlaqə saxlayırlar. Oradan ən azı iki klub futbolçuya çox yaxşı bir müqavilə təklif etməyə, həmçinin, “Yuventus”dan gələn istənilən təklifi yarımçıq qoymaq şərti ilə “Çelsi”nin istəklərini təmin etməyə hazırdır. Bununla belə, Lukaku Səudiyyə Ərəbistanına köçmək niyyətində deyil. O, Avropada oynamaq istəyir. Futbolçu “Yuventus”a keçə biləcəyinə inanır.
Uyğun təkliflər olduğu halda, “Yuventus” təkcə Vlahoviçlə deyil, həm də Moyze Kin, Federiko Kyeza və hətta Arkadiuş Miliklə də ayrılmağa hazırdır. Lukakunu transfer etmək üçün Turin klubu hər şeyə hazırdır, hətta adı çəkilən hücumçulardan bir neçəsinin satışına belə.
Bizi Facebook-da izləyin