İtaliya klubu Kyeza üçün danışıqlar aparır
“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza qışda İtaliyaya geri dönə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato Tuttosport” məlumat yayıb.
“İnter” 27 yaşlı futbolçunu qış transfer pəncərəsində mövsümün sonuna qədər icarəyə götürmək və onun transfer hüququnu almaq niyyətindədir.
Milan klubunun baş icraçı direktoru Beppe Marottanın futbolçunun meneceri Fali Ramadani ilə yaxşı əlaqələri var və bu məsələ ilə bağlı birbaşa danışıq aparırlar.
Kyeza yayda “Yuventus”dan “Liverpul”a transfer olunmuşdu və İngiltərə klubunda cəmi üç oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin