İtaliya klubu Hummels üçün hərəkətə keçib

“Roma” klubunun rəhbərliyi Dortmund “Borussiya”sının sabiq müdafiəçisi Mats Hummelsin transferində maraqlıdır.

Komanda.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.

İtaliya klubunun idman direktoru Florent Qisolfi alman futbolçunun yaxın ətrafı ilə əlaqə saxlayıb, onun bu yay transferinin mümkünlüyünü müzakirə edib.

35 yaşlı futbolçu “Borussiya”nın heyətində ümumilikdə 508 matça çıxıb, 38 qol vurub, 23 məhsuldar ötürmə edib.

Hummels Dortmund klubu ilə ikiqat Almaniya çempionu, iki dəfə ölkə kubokunun və superkubokunun qalibi olub, iki dəfə Çempionlar Liqasının finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button