İtaliya klubu hücumçusu ilə müqavilə yenilədi
İtaliyanın “Parma” klubu hücumçusu Jervinyo ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı forvardla müqavilənin müddəti 2022-ci ilin yayına qədər artırılıb. Onun əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqdı.
Qeyd edək ki, daha öncə İtaliyada “Roma”nın da şərəfini qorumuş Jervinyo “Parma”da 2018-ci ildən çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin