İtaliya klubu Fatini icarəyə götürmək istəyir

“Barselona”nın hücumçusu Ansu Fati İspaniya çempionatını İtaliya A Seriyasına dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Roma” ispaniyalı forvardın xidmətində maraqlıdır. Paytaxt klubu Fatini cari mövsümün sonuna qədər icarəyə götürmək istəyir.

Fatinin “Barselona” ilə 2027-ci ilin iyunun sonuna qədər olan müqaviləsi var. 21 yaşlı hücumçunun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

Fati cari La Liqa mövsümündə 1 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button