
İtaliya klubu Dzekoya 2 illik müqavilə təklif edib
“Fənərbaxça”dan ayrılan Edin Dzeko karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisini tərk edən forvard azad agentə çevrilib və onunla maraqlanan komandalar arasında A Seriyasının tanınmış klubları da var.
“Fiorentina” Dzekoya iki illik müqavilə təklif edib. Tərəflər arasında danışıqlar davam edir. Daha əvvəl “Komo” və “Bolonya”nın da onunla maraqlandığı bildirilmişdi.
Dzeko İtaliyada yaxşı tanınır. Belə ki, o, əvvəllər “Roma” və “İnter” komandalarının heyətində çıxış edib.
39 yaşlı futbolçu son mövsümdə “Fənərbaxça”nın heyətində bütün turnirlərdə 53 oyuna çıxaraq, 21 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



