
İtaliya klubu baş məşqçisi ilə müqavilə müddətini uzatdı
“Fiorentina” baş məşqçisi Raffaele Palladino ilə müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Palladino ötən ildən “bənövşəyilər”i çalışdırır. Onun rəhbərliyi altında “Fiorentina” A seriyasında 35 oyunda 59 xal toplayaraq 8-ci yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



