İtaliya klubu baş məşqçisini qovdu
“Cenoa” baş məşqçi Alberto Cilardinyo ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlayıb.
Məlumatda veteran hücumçuya gələcək karyerasında uğurlar arzulanıb.
Cilardinyo 2022-ci ilin dekabrından “Cenoa”ya rəhbərlik edirdi. Onun rəhbərliyi ilə genuyalılar A Seriyasının cari mövsümündə 12 turdan sonra 10 xal toplayıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin