
İtaliya klubu “sükan”ı Kannavaroya tapşırmaq istəyir
“Peskara” (İtaliya) baş məşqçisini istefaya göndərdikdən sonra yeni çalışdırıcı axtarışına başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ən real namizəd kimi “Napoli”nin sabiq futbolçusu Paolo Kannavaronun adı çəkilir. Klub rəhbərliyi artıq Kannavaro ilə ilkin təmaslar qurub.
“Peskara”nın siyahısında daha iki mütəxəssisin – Françesko Modesto və Corco Giorginin adları da yer alır. Komanda sonuncu dəfə A Seriyasında 2016/17 mövsümündə çıxış edib və hazırda B Seriyasının təmsilçisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



