
Asensio İtaliya klubunun hədəfindədir
PSJ-nin yarımmüdafiəçisi Marko Asensio karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində “İnter” maraqlıdır.
Hazırda Asensionun agentləri ona yeni klub axtarır, çünki o, PSJ-nin baş məşqçisi Luis Enrikenin planlarına daxil deyil. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.
Asensio 2024/25 mövsümünün ikinci yarısında “Aston Villa”da icarə əsasında çıxış edib. O, İngiltərə Premyer Liqasında 13 oyun keçirərək, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



